Paytaxtın Xəzər rayonunda 14 kiloqramdan çox narkotik maddə dövriyyədən çıxarılıb. Bu haqda, bu gün 10 sentyabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Narkotik vasitələr Hüseynağa Qafarzadənin üzərindən və Şüvəlan qəsəbəsindəki yaşadığı evdən aşkarlanaraq götürülüb.

Qafarzadə əvvəllər 3 dəfə narkotik satışına görə, 1 dəfə isə xuilqanlığa görə məhkum olunmuşdur.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl ötən gün, 9 sentyabrda Suraxanıdaha 5 rayonda narkotik maddələrin alveri ilə məşğul olan 7 nəfər narkotacir saxlanılmışdır.