Yeni Azərbaycan Partiyasının (YAP) paytaxt rayonları üzrə təşkilatlarına yeni sədrlər təyin edilib. Bu haqda bu gün, 10 sentyabr tarixində məlum olub.

YAP-ın idarə heyətinin bu gün keçirdiyi iclasda partiyanın rayon təşkilatlarına yeni sədrlərin təyin olunmasıyla bağlı qərar qəbul edilib.

Sədrlər və onların təyin olunduğu rayonlar aşağıdakı kimidir:

  • Nağıyev Muxtar Teymur oğlu – Səbail rayon təşkilatı;
  • Süleymanov Azər Abdul oğlu – Nəsimi rayon təşkilatı;
  • Nəbiyev Bəxtiyar Eyvaz oğlu – Yasamal rayon təşkilatı;
  • Vəliyev Samir Əhməd oğlu – Nərimanov rayon təşkilatı;
  • Rəhimzadə Vüqar Gəncəli oğlu – Xətai rayon təşkilatı;
  • Vəlibəyov Ramil Vaqif oğlu – Nizami rayon təşkilatı;
  • İsmayılov Vüsar Qəşəm oğlu – Binəqədi rayon təşkilatı;
  • Vəliyev Misirxan İzzət oğlu – Sabunçu rayon təşkilatı;
  • Seyidov Vüqar Səməndər oğlu – Suraxanı rayon təşkilatı;
  • Əhmədov Namiq Məcid oğlu – Xəzər rayon təşkilatı;
  • Əliyev Qafar Məmməd oğlu – Qaradağ rayon təşkilatı;
  • Abasov Emil Tofiq oğlu – Pirallahı rayon təşkilatı.

Tağı Əhmədov, Şəmsəddin Hacıyev və Məlahət İbrahimqızı təşkilatların sədri vəzifələrindən azad olunublar.

Yeni Azərbaycan Partiyası və ya qısaca YAP 21 noyabr 1992-ci ildə Naxçıvanda Heydər Əliyevin sədrliyi və 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə yaradılan, 18 dekabr 1992-ci ildə isə Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınan siyasi partiyadır.