12 sentyabr saat 20:00-dan etibarən şagirdlərin məktəblərə yerdəyişməsi üzrə sorğuların qəbulu dayandırılır. Bu baradə Təhsil Nazirliyinin mətbuat xidməti bu gün, 11 sentyabr məlumat yayıb.

Həmin qərar yeni tədris ili ilə əlaqədar siniflərin komplektləşdirilməsi ilə bağlıdır. Daha sonra, 16 sentyabr saat 20:00-dan elekton portalda olan təhsil müəssisələri tərəfindən sorğuların təsdiqi funksiyası da dayandırılacaq.

Portalın yenidən işə salınması tarixi haqqında məlumat daha sonra açıqlanacaq.

Bu il cari dərs ili daha gec başlayacaq – sentyabrın 22-dən I-IV siniflər məktəbə qayıdacaq, sentyabrın 29-dan V-IX sinifləri isə əyani təhsilə başlayacaq.