Mərkəzi bank paytaxt ərazisindəki bankomatlardan yararsız pulların çıxması ilə bağlı göstəriş verib. Bu haqda bu gün, 11 sentyabrda Mərkəzi bankın rəsmi səhifəsində paylaşılıb.

Kommersiya banklarından dövriyyəyə yüksək keyfiyyətli pul nişanlarının buraxılması Azərbaycan Mərkəzi Bankı tərəfindən tələb olunur.

Bununla əlaqədar bütün kommersiya banklarına həmçinin, “Azərbaycan Beynəlxaq Bankı” ASC-yə məxsus bankomatlardan keyfiyyəti aşağı və istifadəyə yararsız pulların buraxılmaması ilə bağlı tədbirlərin görülməsi üçün Mərkəzi bank tərəfindən göstəriş verilib.

Son günlər Bakı şəhəri ərazisindəki “Azərbaycan Beynəlxaq Bankı” ASC-yə məxsus bankomatlardan istifadəyə yararsız pulların verilməsi haqda sosial şəbəkələrdə məlumat yayılmışdır.