14-15 sentyabr və 3-10 oktyabr tarixlərində endokrinologiya və diabetologiya üzrə master-klass baş tutacaq. Master-klasın saat 10:00-da SƏHHƏT klinikasının təşkilatçılığı ilə eyniadlı məkanda keçiriləcəyi nəzərdə tutulur.

Almaniyadan dəvət olunmuş tibb elmləri doktoru Hölger Löbig, endokrinoloq Fəridə Nəsirli ilə birgə endokrinoloji profilli xəstələrin müalicəsi sahəsində öz təcrübələrini bölüşəcəklər.

Master-klass beynəlxalq tibb standartlarına uyğun keçiriləcək.