10 sentyabr tarixində Bakıda yol-nəqliyyat hadisəsi olub. Hadisə Xəzər rayonunda baş verib. Bu barədə 11 sentyabr Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat verib.

Sentyabrın 10-u saat 9:00 radələrində paytaxtın Buzovna qəsəbəsi ərazisində yolu keçən paytaxt sakini Hafiz Məmmədov qəsəbə sakini A.Kamallı idarə etdiyi “Toyota” markalı avtomobil tərəfindən vurulub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.