Bakıda, Şamaxinka adlanan ərazinin Yasamal rayonuna düşən hissəsində təmiri aparılan binalarda əlavə eyvanlar quraşdırılıb. Lakin evlərdən həmin eyvanlara çıxmaq mümkün deyil. Bu barədə Apa Tv xəbər verib.

Eyvanlarla bağlı videogörüntülər hətta sosial şəbəkələrdə də yayılıb və müzakirələrə səbəb olub.

Əlavə olaraq binanın bu şəkildə təmir olunması ətrafda yaşayan bəzi sakinlər tərəfindən birmənalı qarşılanmayıb.

Yasamal rayonu 56 saylı MKİS-in mühəndisi Nurəddin Məmmədovun sözlərinə əsasən həmin eyvanlar dekorasiya xarakteri daşıyır və quraşdırılmış kondisionerlərin gizlədilməsi məqsədilə tikilib.

Bina paytaxtın şimal girişində yerləşdiyi üçün təmir olunur.