Yeni növ koronavirus infeksiyasına yoluxma statistikası bu gün, 11 sentyabr tarixində ictimaiyyətə təqdim olunub.
Ən yüksək yoluxma faizi yenə də Binəqədi rayonunda, ən aşağı yoluxma faizi isə Pirallahıda qeydə alınıb. Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası aşağıdakı kimidir:
- Binəqədi – 14,6%
- Xətai – 13,5%
- Yasamal – 11,8%
- Sabunçu – 11,7%
- Suraxanı – 8,3%
- Nərimanov – 7,9%
- Nəsimi – 7,7%
- Xəzər – 7,5%
- Nizami – 7,1%
- Səbail – 4,9%
- Qaradağ – 4,4%
- Pirallahı – 0,5%
Təqdim edilən statistikaya görə koronovirusa yoluxma hallarının 54,6 faizi Bakının payına düşür.
11 sentyabr 2021-ci il tarixində olan məlumata əsasən son sutka ərzində 2508 nəfər COVİD-19 infeksiyasına yoluxub, 37 nəfər vəfat edib. Aktiv xəstə sayı 47.713 nəfər təşkil edir.