11 sentyabr tarixində Bakılı karateçi MDB Oyunlarında Azərbaycanın xeyrinə gümüş medal qazanıb.

Kazan şəhərində keçirilən I MDB Oyunlarında Əminağa Quliyev finala vəsiqə qazanıb və  Qazaxıstanlı Yerkinbek Bayturbayevlə üz-üzə gəlib. 60 kq-da çıxış edən Quliyev yarışı 0:3 hesabı ilə başa vurub.

Qeyd edək ki, hal-hazırda Azərbaycanın hesabında 14 qızıl, 14 gümüş və 29 bürünc medal var.