Bu gün, 12 sentyabr tarixində Bakının Nəsimi və Qaradağ rayonlarında iməclik aksiyaları baş tutub. Bu haqda İcra Hakimiyyətlərin mətbuat xidmətləri məluat yayıb.
Qaradağ rayonunda bütün ictimai yerlərdə dezinfeksiya işləri aparılmışdır. İməclik zamanı rayonun bütün qəsəbələrində yaşıllıq zonalara qulluq göstərilib, küçələrdə şüşəli fasadları və vitrinləri yuyulub, küçə və prospektlərdə ümumi təmizlik işləri aparılıb. Qəsəbələrdə ağaclar budanıb, bordürlar rənglənib, bəzi binalarda və məhəllələrdə təmir işləri aparılıb.
Nəsimi rayonunda isə dezinfeksiya tədbirlərdən əlavə R.Cəfərov və C.Səlimov küçələrində sanitar-təmizlik işləri aparılıb, mövcud yaşıllıqlar bərpa olunub.
İməcliklərdə könüllü olaraq rayon sakinləri də iştirak ediblər.