Daxili işlər orqanlarında kadr dəyişikliyi olub. Bu barədə 11 sentyabr tarixində Oxu.az xəbər verib.

Yeni təyinatlarla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Polkovnik-leytenant Azər Məmmədov Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin rəisi vəzifəsindən azad olunaraq, Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Həmçinin, polis mayoru Yusif Hüseynov Nizami Rayon Dövlət Yol Polisi (DYP) Şöbəsinə yeni rəis vəzifəsinə təyin olunub.