Paytaxtın Yasamal rayonunda yerləşən Lətif İmanov küçəsində qanunsuz “Ödənişli parklanma” nişanı qoyulub. Bu haqda Trend xəbər verir.

Həmin nişanı göstərən işbazlar küçədə avtomobili saxlayan sürücülərdən pul tələb edir.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bu fəalliyətin qanunsuz olduğunu bildirib və küçə parklanma tariflərinin hələ də müəyyən olunmadığı təsdiqlənib.

Həmin nişanlar BNA-nın yaranmasından əvvəl qoyulub və qurum tərəfindən bu nişanlarla bağlı mübarizə aparılır. “Bir daha sürücülərə müraciət edərək, bildiririk ki, işbazların oyununa getməsinlər, hərəkətlərini ərazidəki yol nişanlarının tələblərinə uyğun qursunlar”, – deyə Mais Ağayev əlavə edib.