Bakı Beynəlxalq Avtovağzal kompleksində vaksinasiya məntəqəsi yaradılıb. Bu haqda, bu gün, 13 sentyabrda Dövlət Avtomobil Nəqliyyat Xidməti (DANX) məlumat yayıb.
“Avtovağzala gələn sərnişinlərdən COVID-19 pasportu tələb olunmasa da, kompleksin ərazisində fəaliyyət göstərən ticarət mərkəzinə daxil olmaq istəyənlərdən bu tələb olunur.” – deyə DANX-in İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib.
Bundan əlavə, regionda vaksin olunan sərnişinlər paytaxta gəldiyi zaman ikinci dozanı etməlidilərsə, qeyd olunan peyvənd məntəqəsindən istifadə edə bilərlər.
Bundan əvvəl, 19 avqust tarixindən Bakının küçələrində səyyar vaksinasiya avtobusları fəaliyyətə başlamışdır.