Bakı şəhəri Yasamal rayonunda xəsarətlərlə nəticələn yol qəzası baş verib. Hadisə haqda bu gün, 13 sentyabr gecə saatlarında məlum olub.

Velosipedlə hərəkət edən 27 yaşlı Fərid Qənbərov idarəetməni itirərək minik avtomobilinə çırpılıb. Qəza yerinə təcili tibbi yardım briqadası cəlb olunub, Qənbərov xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha öncə, 12 sentyabr Bakının Suraxanı rayonunda “KamAz” markalı yük avtomobili 34 yaşlı Zaur Süleymanovu vurmuşdur. Piyada xəstəxanaya aparılarkən aldığı xəsərətlərdən yolda  dünyasını dəyişmişdir.