Bakıda bağlı avtomobildə qalan uşaq polislər tərəfindən xilas olunaraq valideynlərinə təhvil verilib. Hadisə Xətai rayonundakı yeni açılan Gənclik parkında baş verib. Bu haqda bu gün,13 sentyabr Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov bildirib.

Avtomobildən çıxarılan uşağın valideynləri polislər tərəfindən tapılıb. Valideynlər əvvəl birlikdə park gəzintisinə çıxıblar, daha sonra istirahətlərinə uşaqsız davam etmək üçün onu maşında qoyublar.

Bundan əvvəl sosial şəbəkələrdə polis əməkdaşlarının bağlı avtomobildə qalan fiziki məhdudiyyətli uşağı çıxarması görüntüləri yayılmışdır.