20-22 oktyabr tarixlərində Bakıda 1-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” (“Rebuild Garabagh 2021”) sərgisi keçiriləcək. Sərgi “Caspian Event Organisers” şirkəti tərəfindən təşkil olunacaq.

Məqsəd Qarabağın bərpası ilə bağlı yeni layihə və strategiyaların təqdim edilməsidir. Həmin layihə və strategiyalarda  müvafiq dövlət strukturları ilə yerli və xarici şirkət nümayəndələri arasında effektiv biznes dialoqun yaradılması da sərginin istiqamətələrindən biridir.

İştirakçılar arasında Azərbaycan, Böyük Britaniya, İsrail, Rusiya, Qazaxıstan, Türkiyə və Ukraynadan olan nümayəndələr yer alacaq.