13 sentyabr tarixində Bakının Xəzər və Səbail rayonlarında oğurluq edən şəxslər saxlanılıblar.

Sentyabrın 1-də naməlum şəxs Ə.Xəlilovu döyüb və ondan 100 manat pul oğurlamışdır. Xəzər Rayon Polis İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən V.Əliyev saxlanılıb.

Digər əməliyyat-axtarış tədbirləri nəticəsində Səbail rayonunda quldurluqda şübhəli bilinən paytaxt sakini Q.Qubanov tutulub. O, avqustun 10-da M.İbişovdan 100 manat məbləğində pul və 2 ədəd mobil telefonunu oğurlamışdır.

Hər iki faktlarla bağlı araşdırmalar davam edir.