Sentyabr ayının 20-dən etibarən Bakı metropoliteninin sərnişindaşıma fəaliyyətində bir sıra dəyişikliklər ediləcək. Yeni tədris ilinin başlanması və istirahət mövsümü olan yayın bitməsi səbəbindən hərəkət qrafikində dəyişiklik olunub.

Bakı metropoliteni gücləndirilmiş iş rejimi şəraitində fəaliyyətini davam etdirəcək. Qatarların hərəkət cədvəlində mümkün hərəkət qrafiki tətbiq ediləcək. Pik saatlarda qatarlar arasında “Həzi Aslanov-28 May” hissəsində interval 2 dəqiqəyə qədər azaldılacaq. “İçərişəhər” və “Dərnəgül” stansiyaları və əks istiqamətdə 4 dəqiqəyə qədər endiriləcək. Bakı metropolitenində pik saatlar dedikdə səhər saat 07:30-dan 09:30-a, axşam isə 17:30-dan 19:30-a qədər olan vaxt aralığı nəzərdə tutulur.

“Nərimanov” deposunda ehtiyat qatarlar nəzərdə tutulacaq. Sərnişin sıxlığı və axın istiqamətləri səbəbindən zərurət yarandıqda ehtiyyat qatarlar xəttə buraxılacaq.