Paytaxtın Sabunçu rayonu və Quba rayonunda Bakı şəhər sakinləri narkotik satışında şübhəli bilinərək saxlanılıblar. Bu haqda bu gün, 13 sentyabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidmərti məlumat yayıb.

Oqtay Cəfərovun Bakıxanov qəsəbəsində yaşadığı evə baxış zamanı oradan külli miqdarda narkotik vasitələr aşkarlanıb. O, narkotik maddələri onlayn yolla xarici ölkədən sifariş edərək Cəlilabad rayonu ərazisindən götürüb daha sonra müxtəlif şəxslərə çatdıraraq satış şəbəkəsi yaratmışdır.

Digər əməliyyat zamanı Quba rayonunda paytaxt sakini Orxan Əliyev narkotik alverində şübhəli bilinərək tutulub.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məlumatına əsasən keçirilən son əməliyyatlar nəticəsində ümumilikdə 10 kiloqrama yaxın narkotik vasitə və 280 ədəd psixotrop tərkibli həblər qanunsuz dövriyyədən çıxarılıb.