Paytaxtın Binəqədi rayonunda həyat yoldaşını öldürməyə cəhd edən şəxs saxlanılıb. Bu haqda bu gün, 13 sentyabr tarixində Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Ötən gün, 12 sentyabr saat 22:00 radələrində Bağpark küçəsi, Zeytunluq massivində 27 yaşlı Təhminə Hüseynovanın bıçaqlanması barədə prokurorluğa məlumat daxil olmuşdur.

Xalid Hüseynov şəxsi münasibətlər zəminində həyat yoldaşına bıçaq zərbələri vurmuşdur.

Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Faktla bağlı araşdırmalar davam edir.

Daha bir bıçaqlanma bu gün, 13 sentyabr tarixində Qaradağ rayonunda qeydə alınmışdır.