Paytaxtın Nərimanov rayonunda sürücüdən soyğunçuluq etmək istəyənlər saxlanılıblar. Bu haqda bu gün, 13 sentyabrda Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Taksi sürücüsü  Ü.İbrahimovun pul soyğunçuluğu ilə bağlı  Nərimanov rayon polis idarəsinə məlumat daxil olmuşdur. Paytaxt sakinləri A.Abbasov və əvvəllər məhkum olunmuş E.Əlizadə tutulublar.

Şübhəli şəxslərlə bağlı araşdırmalar davam edir.

Bakı şəhər sakini Ü.İbrahimovun idarə etdiyi “KİA” markalı avtomobilə sərnişin kimi əyləşmiş, sonra isə bıçaqla hədə-qorxu gələrək sürücüdən pul tələb etmişdilər. İbrahimovda pulun olmadığını gördükdə hadisə yerini tərk etmişdilər.