13 sentyabr tarixində Bakıda mübahisə zəminində gənc oğlan bıçaqlanıb.

Qaradağ rayonunda daş karxanalarının birində 23 yaşlı İsmayıl Qardaşov tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Həmin şəxs Qardaşovun baş, kürək və ayaq nahiyələrinə 4 ədəd bıçaq zərbəsi endirib.

Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.