Suraxanı rayonunda 3 nəfər aktiv koronavirus xəstəsi evlərini tərk ediblər. Bu haqda bu gün, 13 sentyabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Paytaxt sakinləri G.Alidarova, Vasif Bayramlı, Ramiz Əhmədovun COVİD-19 testlərinin cavabları pozitiv olmağına baxmayaraq müalicə aldıqları ünvanı tərk ediblər.

Həmin şəxslər təyin olduqları ünvana yerləşdiriliblər.

Qeyd olunan şəxslər məsuliyyətə cəlb olunublar.

Bundan əvvəl, 6 sentyabr tarixində Binəqədi rayonunda ictimai nəqliyyatdan istifadə edən aktiv koronavirus xəstəsi saxlanılmışdır.