Paytaxt ərazisində dördəm dünyaya gəlməsi qeydə alınıb. Bu haqda bu gün, 14 sentyabr tarixində APA məlumat yayıb.

“Leyla Medical Center”-də anadan olan uşaqların 3-ü oğlan 1-i isə qızdır. Doğulan uşaqların valideynləri Zaqatala rayon sakinləri 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevdir.

Ana və uşaqların vəziyyəti stabildir.