Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin sabiq əməkdaşı vəfat edib. Bu barədə 14 sentyabr tarixində məlum olub.

Azərbaycan Texniki Universitetinin nəzdindəki kollecdən verilən məlumata əsasən, 72 yaşlı Əlixan Quliyev cərrahiyyə əməliyyatı zamanı vəfat edib.

O, müəyyən bir müddət Kollecin İnzibati Təsərrüfat İşləri üzrə direktor müavini vəzifəsində çalışmışdır. Sonralar kollecin mühəndisi kimi fəaliyyət göstərən Əlixan Quliyev pandemiyadan əvvəl təqaüdə çıxmışdır.