Bakıda mağazada oğurluq olub. Hadisə Yasamal rayonunda baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Yasamal Rayon 29-cu Polis Şöbəsinin əməkdaşları Ş.Bəkirovu oğurluq etdiyinə görə tutublar. Araşdırmalar zamanı onun rayon ərazisindəki mağazaların birindən 500 manat pul və 1500 manat dəyərində tütün məmulatı oğurladığı müəyyən olunub.
Bundan əvvəl, 13 sentyabr tarixində Sabunçu rayonunda avtomobil oğurlayan M.Qafarov saxlanılmışdır.