Bakı şəhəri Binəqədi rayonunda ölümlə nəticələn yol qəzası baş verib. Hadisə haqda bu gün, 14 sentyabr tarixində məlum olub.

Biləcəri qəsəbəsi ərazisində E.Quliyev idarə etdiyi “İsuzu” markalı avtobusla velosipedlə hərəkət edən qəsəbə sakini Hüseyn Kərimovu vurub. Toqquşma nəticəsində Kərimov xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq o, xəstəxanada vəfat edib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi araşdırma aparır.