Bakılı referisi Əliyar Ağayev Avropada keçiriləcək futbol oyununda hakimlik edəcək.

Sentyabrın 16-da Herninq şəhərində UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Midtülland” (Danimarka) – “Lüdoqorets” (Bolqarıstan) matçında Əliyar Ağayev baş hakim olacaq. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Həmçinin Zeynal Zeynalov və Akif Əmrəli FİFA tərəfindən köməkçi kimi təyin ediliblər.

Qeyd edək ki, Əliyar Ağayev 2013-cü ildən beynəxalq oyunları idarə edir.