Bakının Nəsimi rayonunda, Heydər Əliyev idman-konsert kompleksinin yaxılığında “Bənövşəyi” metro xəttinin dördüncü stansiyasının tikintisi başlayıb. Bu barədə bu gün, 14 sentyabr tarixində Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə məlumat verib.

Məmmədov qeyd edib ki, hal-hazırda planlaşdırılan B4 kodlu stansiyanın tikinti yerində hazırlıq işləri görünür. Stansiyanın platforması 7 vaqon üçün nəzərdə tutulub və orada eskalatorlara əlavə liftlər də quraşdırılacaq.

Xocahəsən metro stansiyasının tikintisinin davam etdiyi barədə əvvəllər də məlumat verilmişdir. Bənövşəyi xətt üzrə keçəcək yerüstü metro stansiyasının istifadəyə verilməsi 2022-ci ilin sonuna qədər planlaşdırılır.