Bakıda 3 yaşayış massivinin qazlaşdırılması tam olaraq başa çatdırılıb. Bu barədə  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Hövsan qəsəbəsinin Bağlar massivində, Abşeron rayonunun Novxanı kəndində təşkil olunan aksiyadan sonra bu ərazilərin qazlaşdırılmasına başlanılıb və işlər yekunlaşıb. Bundan əlavə Abşeron rayonu Sevil massivində yaşayan sakinlərin də müraciəti təmin olunub. Bununla da 1 ay ərzində 3 yaşayış massivinin qazlaşdırılması tam olaraq icra olunub.

Qazlaşdırma prosesi “Açıq mikrofon” aksiyası çərçivəsində davam etdirilir. 4 avqust tarixindən start götürən aksiyasının məqsədi vətəndaşların problem və təkliflərinin yerindəcə dinlənilməsi, onları suallarının cavablandırılmasıdır.

Foto Azəriqaz-ən rəsmi saytı
Foto Azəriqaz-ən rəsmi saytı
Foto Azəriqaz-ən rəsmi saytı
Foto Azəriqaz-ən rəsmi saytı