13 sentyabr tarixində Bakının Suraxanı rayonunda daha bir şəhid bulağının açılışı baş tutub.

Aprel döyüşlərinin iştirakçısı, eyni zamanda 44 günlük Vətən müharibəsi şəhidi Osman Manafovun adına inşa edilmiş bulağın açılışı olub. O, 27 oktyabr 2020-ci ildə Xocavənd uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Açılış mərasimində şəhidin ailə üzvləri və yaxınları, həmçinin, Suraxanı Rayon İcra Hakimiyyətinin rəsmiləri iştirak ediblər.

Tədbirdə iştirak edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov şəhidin aprel və ikinci Qarabağ döyüşlərində göstərdiyi qəhrəmanlıqdan söz açıb.

Osman Manafov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” Xocavəndin azad olunmasına görə medalı ilə təltif olunub.