Paytaxtdakı bəzi təhsil müəssisələrində vaksinasiya məntəqələri yaradılıb. Bu haqda Təhsil Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bakı şəhəri üzrə 14, 56, 129, 158 və 276 nömrəli tam orta məktəblərdə təhsil işçilərinin peyvəndlənməsi təşkil olunacaq.

Bundan əvvəl, 13 sentyabr tarixində Bakı Beynəlxalq Avtovağzal kompleksində vaksinasiya məntəqəsinin yaradılması xəbəri yayılmışdır.