Bakıda qadını boğaraq öldürən şəxs barəsində cinayət işi başlanıb. Bu barədə 14 sentyabr tarixində məlum olub.

Eynur Əlizadə barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, mayın 31-də Əlizadə Bakıxanov qəsəbəsində yaşayan 31 yaşlı Turanə Cəfərovanın evinə gəlib, şəxsi münasibətlər zəminində aralarında mübahisə yaranıb. Sonra o, elektrik naqili ilə Cəfərovanı boğaraq öldürüb. Eynur Əlizadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.