14 sentyabr tarixində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində andiçmə mərasimi münasibətilə konsert proqram keçirilib.

Tədbirin əvvəlində şəhidlərin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib. Aparıcılar şəxsi heyəti salamlayıb, yeni tədris ilinin başlanması münasibətilə təbrik ediblər və təhsillərində uğurlar arzulayıblar.

Sonra müğənni Aysel Əlizadə və “Səma” rəqs ansamblı kursantlar qarşısında konsert proqramı ilə çıxış ediblər.