14 sentyabr tarixində Nərimanov rayonunda avtomobil oğurlayan şəxs saxlanılıb.

Sentyabrın 12-də S.Həsənzadəyə məxsus “BMW” markalı avtomobil naməlum şəxs tərəfindən qaçırılıb. Həsənzadənin şikayəti nəticəsində polis əməliyyat-axtarış tədbirləri keçirib və şübhəli bilinən paytaxt sakini İ.Nağıyev saxlanılıb.

Faktla bağlı araşdırma davam edir.

Oxşar hadisə 13 sentyabr tarixində baş vermişdir. Sabunçu rayonunda “VAZ-2106” markalı avtomobilin qaçırmasında şübhəli bilinən şəxs saxlanılmışdır.