“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda yerləşən Tərəkəmə məscidi bərpa edilərək sakinlərin ixtiyarına verilib.
Qədim abidə yararsız vəziyyətdə olduğu üçün, təmirə ehtiyacı var idi. Bu məscid XVII-XVIII əsrlərdə Hacı Ağahüseyn və Məşədi Məmmədyarovlar tərəfindən inşa olunub. Bu ilin iyun ayından etibarən abidənin təmirinə və planlı bərpa-konservasiyasına işlərinə başlanılmışdır.
Qeyd edək ki, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Bakının Xəzər rayonunun ərazisindəki qədim Qala kəndində yaradılmışdır.