Lökbatan qəsəbəsi Seymur Orucov küçəsi 36 ünvanının sakinləri şikayət edirlər. Bu haqda bu gün, 14 sentyabrda Space TV məlumat yayıb.

3 mərtəbəli binanın həyətində zibillər yığışdırılmır. Bələdiyyə sədri Samir Əhmədov isə bildirib ki, qurum həmin əraziyə nəzərət etmir.

Bundan əlavə, sakinlər kanalizasiya sistemindən də narazıdırlar.

“Borular köhnə olduğundan tez-tez tutulur, ancaq hər dəfəsində əməkdaşlar gedib təmizləyir”- Azərsunun rəsmi nümayəndəsi qeyd edib.

Bundan əvvəl, 2 sentyabrda Yasamal rayonunda kanalizasiya borusu partlayaraq sakinlərə narahatlıq yaratmışdır.