Bakı şəhəri Binəqədi rayonunda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən 16 yaşlı Bəhruz Mehrəliyevin cinayət işi üzrə ilkin istintaq mərhələsi başa çatıb. Toplanan materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə təhvil verilib. Bu barədə bu gün, 14 sentyabr tarixində məlum olub.
Cinayət işinə hakim Samir Əliyev tərəfindən baxılacaq.
Hadisə bu il 12 iyul tarixində 1-ci Mədən 9-cu korpus adlanan ərazidə, Qurbanlı Fəxrəddin küçəsində qeydə alınmışdır. 16 yaşlı Bəhruz Mehrəliyev 31 yaşlı Elnar Qədimovu bıçaqla öldürmüşdür. Mübahisəyə səbəb Qədimovun yeniyetmənin anasının ünvanına nalayiq ifadə işlətməsi olmuşdur.