Bakıda küçələrində bəzi avtomobil yollarında hərəkət məhdudlaşdırılacaq.

15 sentyabr tarixində Bakının erməni-bolşevik işğalından azad olunmasının 103-cü ildönümü ilə əlaqədar olaraq avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Saat 09:00-da hərbi orkestr və şəxsi heyətin şəhərin küçə və meydanlarında yürüşləri olacaq.

Məhdudlaşdırılma iki istiqamətdə nəzərdə tutulub:

1-ci marşrut: Şəhidlər xiyabanı – Türk Şəhidləri abidəsinin önü – İçərişəhər metrosu – İqtisadiyyat Universitetinin binası – Qala Qapısı – “AzNeft” dairəsi – Bəhram Gur heykəli.

2-ci marşrut -Səməd Vurğun bağı – 28 May küçəsi – Bülbül Prospekti -Neftcilər Prospekti – Azadlıq Meydanı.