Sabunçu rayonu Pirşağı qəsəbəsində yeni su xətləri inşa edilir. Bu haqda bu gün, 14 sentyabr tarixində Azərsunun mətbuat xidməti məlumat yayıb.

Ceyranbatan-Maştağa su kəmərindən qəsəbəyə iki istiqamətdə – 110 və 500 mm diametrli, ümumilikdə 2,4 km uzunluğunda magistral su kəmərləri çəkilir.

Magistral kəmər istifadəyə verildikdən sonra qəsəbədaxili istismara yararsız xətlərin yenilənməsinə başlanacaq.

Hal-hazırda Abşeron, Binəqədi, Səbail, Suraxanı, Xəzər rayonlarında da içməli su təchizatının yaxşılaşdırılması üçün tədbirlər görülür.