Paytaxtın Sabunçu rayonunda yanğın baş verib. Bu haqda, bu gün 14 sentyabrda Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

15 kv.m olan tikilinin dam örtüyü və içindəki əşyalar tamamilə yanıb. Ətrafdakı tikililərə ziyan dəyməyib.

Yanğın FHN-nin əməkdaşları tərəfindən söndürülüb.

Bundan əvvəl, 9 sentyabr tarixində Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzildə yanğın baş vermişdir.