Paytaxtın Suraxanı rayonunda daha 40 nəfər narkotik alverçisi tutulub. Bu haqda bu gün, 14 sentyabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Hövsan, Qaraçuxur, Əmircan, Bül-bülə Yeni Suraxanı və Yeni Günəşli qəsəbələrində aparılan əməliyyat-axtarış zamanı həmçinin, narkotik vasitələrin qəbul edildiyi tiryəkxanalar da aşkar edilib.

Keçirilən son əməliyyatlar zamanı qeyd olunan rayon ərazisində ümumilikdə 3 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb.

Bundan əvvəl, ötən gün 13 sentyabr tarixində paytaxtın Sabunçu rayonunda 12 nəfər narkotacir saxlanılmışdır.