15 sentyabr saat 12:00-da “İbtidai siniflərin I və II sinifləri üçün yeni “nəsil” Riyaziyyat dərslik komplekti: innovativ quruluş, məzmun və təlim metodikası” adlı vebinar təşkil olunacaq. Vebinar Azərbaycan Təhsil idarəsi tərəfindən keçiriləcək.
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Rasim Abdurazaqov vebinarda moderator olaraq çıxış edəcək. Spiker qismində isə yeni “nəsil” I və II siniflər üçün Riyaziyyat dərslik komplektinin müəlliflər qrupunun rəhbəri, riyaziyyat üzrə fəlsəfə doktoru Zaur İsayev və dərslik komplektinin həmmüəllifi İlahə Rüstəmova olacaq.
Məqsəd müəllimləri və valideynləri I və II siniflər üçün Riyaziyyat dərslik komplektinin yenilənməsinin hansı zərurətdən irəli gəlməsi ilə tanış etmək və ictimaiyyəti maraqlandıran sualları cavablandırmaqdır.
Tədbir ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.