Sentyabrın 14-də Xətai rayonunda Vətən müharibəsi şəhidi Kəmaləddin Məmmədzadənin xatirə lövhəsinin açılış mərasimi baş tutub.

Açılışda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra isə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Mərasimdə şəhidin ailə üzvləri, dostları və ictimai şəxslər iştirak edib, Məmmədzadə ilə bağlı xatirələr bölüşülüb.

Sonda məktəblilər Vətənə, şəhidə həsr olunan şeirlər söyləyiblər.

Şəhid Kəmaləddin Məmmədzadə Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının işğaldan azad edilməsində iştirak etmiş, noyabrın 8-də Şuşa şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” , “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.