Xəzər rayonunun mərkəzi küçə və prospektlərində təmir-bərpa işləri aparılır. Bu haqda bu gün, 14 sentyabr Xəzər rayonu İcra Hakimiyyətinin mətbuat xidməti məlumat yayıb.

Keçirilən layihə çərçivəsində yeni piyada səkiləri və bardürlər düzülür, kommunikasiya xətləri nizamlanır, müvafiq yerlərdə yerüstü xətlər yerin altına salınır, işıq dirəkləri yeniləri ilə əvəz olunur, ətrafdakı hasarların, fərdi evlərin fasadlarında rənglənmə işləri görülür və yeni yaşıllıqlar salınır.

İşlər eyni vaxtda müxtəlif ünvanlarda aparılır. Həmçinin, yaşıllıqlara xüsusi diqqət göstərilib, ağaclar və gül kolları sulanır.

Bakı Nəqliyyat Agentliyi tərəfindən rayon ərazisində piyada keçidlərinin 4 tərəfli formada təşkil edilərək piyadaların rahatlığı və təhlükəsizliyi artırılıb. Bundan əlavə, çəmənliklər biçilib, yabanı otlar təmizlənərək ətraf ərazidə təmizlik işləri aparılır.