Paytaxtın Yasamal rayonunda 11 küçə əsaslı təmir olunub. Bu haqda bu gün, 14 sentyabr tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidməti məlumat yayıb.

Təmir olunan ümumi uzunluğu 4 kilometr təşkil edən küçələr aşağıdakılardır:

  • Əsəd Əhmədov küçəsi 308 saylı tam orta məktəb yolu;
  • Zülfü Adıgözəlov küçəsi;
  • İbrahim Əbilov küçəsi;
  • 7-ci Sallaxana küçəsi;
  • Məhəmməd Xiyabani 211-204 küçəsi;
  • General Həmidov küçəsi;
  • Süleyman Tağızadə küçəsi;
  • İsmayıl Talıblı 34 küçəsi;
  • Məhsul stadionundan Talıblı küçəsi 32-ə qədər olan hissədə.

Yenidənqurma işləri aparılan ərazi boyu suların normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi bərpa olunub. Zəruri yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb.

Agentliyin verdiyi məlumata əsasən 2019-2020-ci illər ərzində Yasamal rayonu ərazisində 15 kilometrdən çox uzunluğa malik küçə və yol təmir olunub.