Bu ilin 8 ayı ərzində Bakıda 3200 yol nişanı quraşdırılıb. Bu haqda Bakı Nəqliyyat Agentliyinin İdarə heyətinin sədri Vüsal Kərimli bu gün, 14 sentyabr tarixində məlumat verib.

Həmçinin, bu il yol nişanları ilə bağlı 112 vətəndaş müraciəti qəbul olunub.

Kərimli qeyd edib ki, görülən iş illik hədəfin 57 faizini əhatə edir.