Paytaxt ərazisində ötən ay ərzində 14 küçə əsaslı təmir olunub. Bu haqda, bu gün 15 sentyabrda Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidməti məlumat yayıb.

Əsaslı təmir edilmiş küçələrin ümumi uzunluğu 9500 metr, sahəsi isə 116.093 kv.m təşkil edib. 18.792 kv.m sahədə piyada səkiləri bərpa edilib. 111 ədəd kanalizasiya lyuku yenisi ilə əvəz olunub.