15 sentyabr tarixində Bakıda “Avtobusda kitab oxu” adlı flaşmob təşkil olunub. Bu haqda Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti məlumat yayıb. Flaşmob Bakı Nəqliyyat Agentliyi və Sabunçu Gənclər Evinin birgə əməkdaşlığı çərçivəsində keçirilib.

“Bilik Günü” ilə əlaqədar keçirilən aksiya-flaşmobda Sabunçu Gənclər Evinin könüllüləri iştirak edib. Könüllülər avtobus və avtobus dayanacaqlarında sərnişinlərə kitab hədiyyə edərək onları kitab oxumağa çağırıb.

Sosial aksiyada məqsəd nəqliyyat vasitələrində itirilən zamanın səmərəli dəyərləndirilməsi olub.