Bakı şəhəri Xəzər rayonunda sentyabrın 14-ü ölümlə nəticələn yol qəzası baş verib. Hadisə haqda bu gün, 15 sentyabr tarixində məlum olub.
Buzovna qəsəbəsi ərazisində C.Məmmədov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə Nuranə Nağıyevanı vurub. Toqquşma zamanı aldığı xəsarətlərdən Nağıyeva yerindəcə dünyasını dəyişib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsi araşdırma aparır.
Daha öncə, həmin gün Biləcəri qəsəbəsi ərazisində “İsuzu” markalı avtobus velosipedçini vurmuşdur.